İdman

“İnter”də məşqlər dayandırıldı

“İnter”də məşqlər dayandırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilməli olan “İnter” – “Sassuolo” matçı təxirə salınıb.

7times.az xəbər verir ki, buna “İnter”də koronavirusa yeni yoluxma faktlarının qeydə alınması səbəb olub.

Belə ki, ötən gün Milan təmsilçisi qapıçısı Samir Handanoviçdə koronavirus aşkarlandığını açıqlamışdı. Bu gün isə müdafiəçi Stefan De Vreylə yarımmüdafiəçi Matias Vesinonun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Onlar da evlərində karantinə alınıblar.

Yoluxma sayının artması səbəbindən martın 21-nə qədər “İnter”də kollektiv məşqlər qadağan edilib. Bu üzdən martın 20-də keçirilməli olan “İnter” – “Sassuolo” matçı da təxirə salınıb. Oyunun nə vaxt baş tutacağı bəlli deyil.

Bunlar azmış kimi, “İnter”də çıxış edən futbolçuların milli komandalara getməsinə də qadağa qoyulub. Bütün kollektiv martın 22-də təkrar testdən keçiriləcək. Yalnız ondan sonra müvafiq qərarların verilməsi gözlənilir.