Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
7times.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Fətiyev bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal qazanıb.
Follow @7timesaz