Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
7times.az bildirir ki, DİN-in Mətbuat xidmətindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı müraciət qeydə alınıb, axtarışlar aparılır.
Qeyd edək ki, C.Əliyevanın bacısı deyib ki, hadisə 6 gün əvvəl qeydə alınıb.
Follow @7timesaz