Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan 7times.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 418 ictimai iaşə obyektində 696 monitorinq keçirilib.
Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən, fiziki şəxs Süleymanov Bəhruz Adil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən, fiziki şəxs Orucov Elbrus Seyfəddin oğluna məxsus çayxana və kafe;
3. Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev 29 küçəsində yerləşən, fiziki şəxs Quliyev Ruslan Eldar oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Nərimanov rayonu, F. X. Xoyski küç., ev 115 ünvanında yerləşən, fiziki şəxs Ömərov Ramiz Ağamir oğluna məxsus “Barkod” çay evi;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Həsənov Abdulla Eyvaz oğluna məxsus “Olimp” pub;
6. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vidadi oğluna məxsus “Alibaba Nargilə lounge” kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən, fiziki şəxs Elşən İbrahimova məxsus “Cənub” restoranı;
8. Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən, hüquqi şəxs “Nicat -K” firmasına məxsus “Azəri pivə bar”;
9. Bakı şəhəri, Binəqədi rayonu, H. Babaşov küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus “018 Pub” kafesi;
10. Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küç., ev 45 ünvanında yerləşən, fiziki şəxs Əbil Abbasov Sahib oğluna məxsus “Golden Life” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
11. Sumqayıt şəhəri, Koroğlu prospekti, 8 mkr-da yerləşən, fiziki şəxs Malayev Eyvaz Abbas oğluna məxsus “Ekzotika” kafesi;
12. Tovuz rayonu, Alakol ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elşən Zaman oğluna məxsus kafe;
13. Lənkəran şəhəri, Qala Xiyabanı 13a ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus dönərxana;
14. Lənkəran şəhəri, Qala Xiyabanı ünvanında yerləşən, fiziki şəxs Fəttahova Həlimə Fətəli qızına məxsus “Boranı” kafesi;
15. Lənkəran şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Orxan Xidmət oğluna məxsus “Köz” dönər evi;
16. Gəncə şəhəri, Süleyman Rüstəm küçəsində yerləşən, fiziki şəxs Əliyev İxtiyar Xalis oğluna məxsus “Manqal” kafesi;
17. Qəbələ rayonu, İlisu kəndində yerləşən, fiziki şəxs Abdullayev Tariyel Qubadxan oğluna məxsus kafe;
18. Qax rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsgərov Xaləddin Hafiz oğluna məxsus kafe;
19. Şirvan şəhəri, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Mahmudov Rauf Rafiq oğluna məxsus kafe;
20. İsmayıllı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Qurbanov Əlirza Məhəmməd oğluna məxsus kafe;
21. Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən, fiziki şəxs Sədiyev Əfqan Abdulla oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Follow @7timesaz