Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovaya qarşı sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi başlanılıb.
Bunu 7times.az-a DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib:
“Fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, ATV-nin efirindəki çıxışına görə MTRŞ-nın qərarı ilə Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinin 1 günlük yayımı dayandırılıb, telekanal isə cərimələnib.
Follow @7timesaz