“Qarabağ”la müqaviləsi bitən Azərbaycan yığmasının futbolçusu Mahir Emreli artıq Varşavadadır.
7times.az xəbər verir ki, burada onun Polşanın “Leqiya” klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Varşava klubunun rəsmi saytı Emrelinin gəlişinə böyük diqqət yetirib. Bildirilir ki, futbolçu tibbi müayindən keçəcək, bundan sonra onunla müqavilə imzalanacaq.
Varşava aeroportunda hücumçunu “Leqiya” nümayəndələri, həmçinin Polşada yaşayan azərbaycanlılar qarşılayıb.
M.Emreli “Leqiya” azarkeşlərinə müraciət etməyi də unutmayıb. Modern.az
Follow @7timesaz