“Azərbaycan xalqına bizi isti qarşılamaya görə təşəkkür edirik. Öz evimizdəki kimiyik”.
Bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.
Təcrübəli mütəxəssis AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransı təşkil edib.
Günəş sabahkı qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: “Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik”.
Follow @7timesaz