UEFA Millətlər Liqasının 1-ci turunda “C” liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması doğma meydanında Lüksemburq komandasını qəbul edib.
7times.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeğanə qolunu Ramil Şeydayev vurub (43-cü dəqiqə). Anton Krivotsyukun 48-ci dəqiqədə vurduğu avtoqolla hesab bərabərləşib.
Qonaqlar 72-ci dəqiqədə hesabda irəli keçib. Qolu Gerson Rodriges vurub.
Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasına məğlub olub – 2:0.
Follow @7timesaz