Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son turu çərçivəsində keçirilən oyunlardan sonra Bakıda keçiriləcək olan dörd oyundan sonuncusunun (1/4 finalın bir oyunu) potensial tərəfləri bəlli olub. Belə ki, 1/8 final mərhələsində Budapeştdə “Ferens Puşkaş” arenada keçiriləcək Hollandiya–Çexiya və Amsterdamda “Yohan Kroyf” arenada keçiriləcək.
7times.az xəbər verir ki, Uels–Danimarka qarşıdurmalarının qaliblərinin növbəti səfəri “Küləklər şəhəri”nə olacaq. Ölkəmizdə futbol azarkeşləri üçün böyük ehtimalla növbəti futbol bayramı olacaq. Mütəxəssislərin fikrincə “total futbol” nümayəndələrini Bakıda görmək şansımız böyükdür. 1/8 finalın digər altı cütlüyü aşağıdakılardır: İtaliya–Avstriya (London), Belçika–Portuqaliya (Sevilya), Fransa–İsveçrə (Buxarest), Xorvatiya–İspaniya (Kopenhagen), İsveç–Ukrayna (Qlazqo), İngiltərə–Almaniya (London).
Əlavə olaraq qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları müvafiq olaraq Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya) şəhərlərində keçiriləcək, yarımfinal və final isə “Dumanlı Albion”da, Londonun möhtəşəm Uembli stadionunda keçiriləcək. Turnirin açılışı 11 iyun tarixində Romada Türkiyə–İtaliya matçı ilə olmuşdur, final oyunu isə 11 iyul tarixində Londonda olacaq.
Ravid RM
7times.az
Follow @7timesaz