Bukmeker kontorları turnirin əvvəlindəki kimi hələ də dünya çempionu Fransa millisini Avro 2020 turnirinin əsas favoriti hesab edirlər. Fransa millisinin titulu qazanacağı təqdirdə qoyulan məbləğin 5 qatını götürmək olacaq. Fransa millisinin ardınca isə sıralama belədir: İtaliya – 7.15, İngiltərə – 7.5, Almaniya – 8, İspaniya – 8.5, Belçika – 10.5.
7times.az xəbər verir ki, Ukraynanın turnirdəki zəfərini (təbii ki bu reallıqdan uzaqdır–red.) bukmekerlər 100 əmsalla dəyərləndirib. 1/8 final mərhələsində Ukrayna – İsveç qarşıdurması ukraynalılar 3.41, favorit sayılan isveçlilər isə 2.41 əmsal ilə dəyərləndirilib.
Mütəxəssislər 1/8 final mərhələsində İngiltərə – Almaniya cütlüyünü erkən final ən gözlənilməz qarşıdurma hesab edirlər. İngilislərin qələbəsi 2.66, almanlar isə bir qədər yüksək – 3.00 qiymətləndirilir.
Hollandiya–Çexiya qarşıdurmasında “Zambqlar ölkəsi” 1.36, çexlər isə 3.10 əmsalla dəyərləndirilir, Uels–Danimarka görüşündə britaniyalıların şansı 3.15, skandinavların isə – 1.36 əmsalı ilə dəyərləndirilir. Əmsallardan görünür ki, əksər mütəxəssislərin fikrincə Bakıda məhz Hollandiya–Danimarka 1/4 finalını görəcəyik.
Xatırladaq ki, turnirə 11 iyun tarixində A qrupunun Romada keçirilən Türkiyə – İtaliya oyunu ilə start verilib və 11 iyul tarixində Londonda keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Ravid RM
Follow @7timesaz