Ölkə

“Vikinqlər” Bakıda

“Vikinqlər” Bakıdabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün UEFA Avro 2020 çərçivəsində 1/8 final mərhələsinə start verildi. Hollandiyanın paytaxtı Amsterdamın “Yohan Kroyf” arenasında keçirilən mərhələnin açılış oyununda Danimarka millisi Uels millisini 4:0 hesabı ilə darmadağın etdi. Danimarkalıların aşkar üstünlüyü ilə keçən qarşıdurmada hesabı 27-ci dəqiqədə Kasper Dolberq açdı, ikinci hissənin əvvəlində isə, 48-ci dəqiqədə, dublunu rəsmiləşdirdi. Görüşün 88-ci dəqiqəsində Yoakim Mehle uelslilərin son ümidlərinin üstündən xətt çəkdi, az sonra isə Barselonanın forvardı Martin Breytueyt oyunun son nöqtəsini qoydu: Uels 0, Danimarka 4.

Bununla da Bakıda keçiriləcək 1/4 final oyununun bir komandası məlum oldu. Danimarkanın Bakıdakı rəqibi 27 iyun tarixində Macarıstanın paytaxtı Budapeştdə “Ferens Puşkaş” arenada keçiriləcək Hollandiya–Çexiya matçından sonra bəlli olacaq.

Əlavə olaraq qeyd edək ki, bugün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək İtaliya–Avstriya qarşılaşmasından sonra daha bir 1/4 finalçının adı bəlli olacaq.

Ravid RM