Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə yığmaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.
7times.az-ın məlumatına görə, Şarp Londondakı “Uembli” stadionunda keçiriləcək matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib. Şarp “Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!” yazıb.
Bu gün keçiriləcək İngiltərə – Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.
Follow @7timesaz