Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasında çıxış edən komandasının Xorvatiya ilə oyununu tribunadan izləyib.
7times.az bildirir ki, B24-ün xəbərinə görə, futbolçu karantin qaydalarını pozaraq maska taxmayıb.
Bunu görən stadion işçisi 35 yaşlı futbolçuya yaxınlaşaraq koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində maska taxmasını xahiş edib. Futbolçu mübahisə etmədən tələbi yerinə yetirib.
Həmin anlar kameralara düşüb.
Follow @7timesaz