İdman

“Mən o videolarda pis nəsə olduğunu düşünmürəm”

“Mən o videolarda pis nəsə olduğunu düşünmürəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı cüdoçu Elmar Qasımovun “pullu” paylaşım sosial şəbəkələrdə tənqid hədəfi olub.

7times.az xəbər verir ki, tanınmış idmançı paylaşdığı videoların ictimaiyyət tərəfindən qınaqla qarşılanmasının özü üçün anlaşılmaz olduğunu söyləyib: “Mən o videolarda pis nəsə olduğunu düşünmürəm. Düşünsəm, çəkmərəm də. Orda qız yoxdur, kimisə söymürəm, ya da başqa əxlaqsız hərəkət etmirəm. Eyvandan küçəyə səpdiklərim oyuncaq pullar idi, bu çəkilişdəkilərin isə bir qismi. Pulla çəkiliş edirəmsə, bu, pulla qürrələnməyim anlamına gəlməməlidir. Hərə özü istədiyi kimi başa düşür. Düz başa düşən də var, səhv anlayan da. Ancaq bütün bunlar sadəcə, bir zarafatdır”.

Rio Olimpiadasının gümüş mükafatçısı qeyd olunan videolara görə yığmadan uzaqlaşdırılması məsələsinə də münasibət bildirib: “Federasiyadan xəbərdarlıq olunmuşdu. Mən də bir-iki ay heç nə paylaşmadım. İndi də deyilənə görə, komandadan uzaqlaşdırılmağın səbəbi videolarımdır. Elə deyirlərsə, qoy elə olsun”.

Qeyd edək ki, Elmar Qasımov bir müddət əvvəl eyvandan küçəyə pul səpmiş, daha sonra isə əlində bir dəstə dollarla özünü yelləyib. Fanat.az