Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı daha bir bayraqdarı müəyyənləşib.
7times.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq. Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Follow @7timesaz