Yaponiyanın paytaxtı Tokioda yerləşən Olimpiya kəndində yaşayanlar arasında ilk koronavirusa yoluxma halı qeydə alınıb.
Bu barədə 7Times.az NHK telekanalına istinadən xəbər verir.
Qeyd olunur ki, xarici yığma komanda üzvünün koronavirus testi müsbət nəticələnib. Telekanalın mənbələrinin məlumatına görə, həmin şəxs idmançı deyil. Onun hansı ölkə təmsilçisi olması açıqlanmır.
Follow @7timesaz