Uruqvaylı futbolçu Uilyams Martines intihar edib.
7Times.az xəbər verir ki, cənubi amerikalı oyunçu 39 yaşıında dünyasını dəyişib.
İkinci liqada çıxış edən “Vilya-Teras”ın futbolçusu Uruqvay, Argentina, Venesuela, Çili, Paraqvay, İspaniya, Fransa klublarında çıxış edib. O, həmçinin İngiltərənin “Vest Bromviç” klubunda oynayıb. Martines Uruqvay yığmasında da 1 oyun keçirib.
Qeyd edək ki, bununla əlaqədar Uruqvay çempionatının 11-ci turunun matçları təxirə salınıb.
Follow @7timesaz