İdman

Tokio-2020 təxirə salınır? – Fərid Mansurovdan açıqlama

Tokio-2020 təxirə salınır? – Fərid Mansurovdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi Təşkilat Komitəsinin verə biləcəyi qərardır”.

Busaat.az xəbər verir ki, bu sözləri Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov mediaya açıqlamasında deyib.

O bildirib ki, koronavirusa yoluxma artacağı təqdirdə Təşkilat Komitəsinin belə qərar vermək hüququ var: “Hələ ki, oyunların təxirə salınması ilə bağlı rəsmi olaraq bizə heç nə deyilməyib. Olimpiya kəndində həyat gündəlik normasında davam edir. Azərbaycanın olimpiya komandasının üzvləri məşqlərini davam etdirir və yarışa hazırlaşırlar. Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.