Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
7Times.az xəbər verir ki, Azərbaycan çempionu olan “Neftçi” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Georgios Karaiskakis stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq.
Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.
“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
21 iyul
Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu
23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Joao Pinyeyru (Portuqaliya) Pirey,
“Georgios Karaiskakis” stadionu.
Follow @7timesaz