“Qarabağ” 2021/22 mövsümünə start verib.
7times.az xəbər verir ki, Ağdam klubu Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb.
Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüb. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.
İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin təmsilçimiz yaradılan imkanlardan yararlanmayıb. İsraillilərin müqavimətini qıra bilməyən Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitirib. Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.
Follow @7timesaz