Bu gün 32-ci Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
7Times.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda təşkil edilən yarışın açılışı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Olimpiadada 36 idman növü üzrə ümumilikdə 339 qızıl medal sahibini tapacaq. Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək.
Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb.
Qeyd edək ki, Tokio olimpiadasının rəsmi açılışı bu gün olsa da, yarış iyulun 21-də softbol üzrə qadınlardan ibarət Yaponiya və Avstraliya yığmaları arasında oyunla start götürüb. Turnirə avqustun 8-də yekun vurulacaq.
Follow @7timesaz