Yaponiyalı Hifumi Abe cüdo üzrə Olimpiya çempionu adını qazanıb.
TASS xəbər verir ki, 66 kq çəki dərəcəsində birinci olan idmançı finalda gürcü rəqibi Vaja Marqvelaşvilini məğlub edib.
Maraqlısı isə budur ki, Hifuminin qələbəsindən yarım saat öncə onun bacısı Uta Abe də cüdo üzrə Olimpiya çempionu olub. Gənc xanım 52 kq-dək çəki dərəcəsində bütün rəqiblərini üstələyib.
Qeyd edək ki, Hifumi Abe 23 yaşındadır. O, 2017 və 2018-ci illərdə dünya çempionu olub.
Follow @7timesaz