İdman

Messinin 1 həftəyə 1 milyon forması satıldı

Messinin 1 həftəyə 1 milyon forması satıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lionel Messinin PSJ-yə keçidi klub azarkeşlərinin marağına səbəb olub.

7Times.az xəbər verir ki, 34 yaşlı hücumçunun komandada geyinəcəyi 30 nömrəli formanın satış sayı 1 həftə ərzində 1 milyonu ötüb. Sözügedən geyimlərin qiymətləri isə 115-165 avro arasında dəyişir.

Bundan əlavə, Messinin ilk 24 saat ərzində 882 min ədəd forması satılıb. Bununla da o, Kriştiano Ronaldonun rekordunu qırıb. Portuqaliyalı hücumçu “Yuventus”a keçərkən onun 24 saat müddətində 520 min forması satılmışdı.

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.