Avqust ayının 24-də əmisi tərəfindən bıçaqlanan Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəylinin atası Aydın Əsgərbəyli həbs edilib.
7times.az xəbər verir ki, hadisə avqust ayının 24-də Xaçmaz rayonunda baş vermişdi. Əliağa Əsgərbəyli münaqişə zəmnində öz əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanmışdı.
Hadisədən sonra o özünü güllələyərək intihar etmişdi. Əliağa Əsgərbəyli hazırda xəstəxanada müalicə alır, vəziyyəti kafidir.
Əliağa Əsgərbəyli avqustun 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.
7times.az
Follow @7timesaz