Ölkə

“Qarabağ” Niderlandda “Tvente”ni məğlub edib

“Qarabağ” Niderlandda “Tvente”ni məğlub edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn “Tvente” və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başa çatıb.

7Times.az xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.