Ölkə

“ARB Genəş”in direktoru Məhsim Məhsimov təltif edilib – FOTOLAR

“ARB Genəş”in direktoru Məhsim Məhsimov təltif edilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı “ARB Günəş” televiziyasının direktorunu 50 illik yubileyi və peşəkar televiziya fəaliyyətinin 25 illiyi münasibətilə təltif edib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda fəaliyyət göstərən ölkənin ilk uşaq telekanalı olan “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimovla görüşüb.
Görüş zamanı Elnur Rzayev Məhsim Məhsimovu 50 illik yubileyi və peşəkar televiziya fəaliyyətinin 25 illiyi münasibətilə təbrik edib, onu Fəxri fərmanla təltif edib və xatirə hədiyyəsi təqdim edib.
Rayon rəhbəri uşaq telekanalının fəaliyyətini yüksək qiymətləndirərək, Məhsim Məhsimovun ölkənin media sahəsinin inkişafına, xüsusilə uşaq auditoriyasının maarifləndirilməsinə və tərbiyəsinə verdiyi töhfələri vurğulayıb.
Qeyd edək ki, “ARB Günəş” Azərbaycanın ilk uşaq telekanalı olmaqla Xaçmaz rayonunda fəaliyyət göstərir və ölkənin media məkanında xüsusi yer tutur.