“Mançester Yunayted” “Yuventus”dan Kriştiano Ronaldonu onun “Mançester Siti”yə keçidinin qarşısını almaq üçün transfer edib.
7Times.az xəbər verir ki, bu barədə “Evening News” məlumat yayıb. “Qırmızı şeytanlar” 36 yaşlı hücumçu “Mançester Siti” ilə danışıqlar apardığına görə futbolçu üçün mübarizəyə qoşulub. Klub əvvəlcə Edinson Kavani və Ceydon Sanço ilə müqaviləni yenilədiyinə görə Ronaldonu transfer etməyi planlaşdırmayıb. Lakin “Mançester Siti”nin portuqaliyalı oyunçu ilə danışıqlar aparması vəziyyəti dəyişib. “Mançester Yunayted” Ronaldonun “şəhərlilər”ə keçəcəyi təqdirdə rəqibin heyətinin daha da güclənəcəyini və həmçinin klubun nüfuzuna zərbə vurulacağını düşünüb.
Klub çətinliklə olsa da, Ronaldo ilə razılaşıb və futbolçu “Mançester Siti” ilə danışıqlarını sonlandırıb.
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də “Mançester Yunayted”də oynayıb.
Follow @7timesaz