“Artıq SİHA-larımız var. Artıq Akıncılarımız var. Hamısından var. Artıq dilənçi deyilik. Əksinə indi bizdən istəyirlər”.
7Times.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, hələ Baş nazir seçiləndə pilotsuz uçuş aparatları üçün ABŞ-a müraciət edib. Lakin rədd cavabı alıb:
“İndi hamı bizdən SİHA istəyir. Azərbaycanda sözümüzü SİHA-larla dedik. Liviyada SİHA-larımızla var idik. Çünki bunların hamısı bizdə var. Öz iradəmizi ortaya qoymağa başlayanda bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq”.
Ərdoğan bildirib ki, maneələrə baxmayaraq Türkiyə doğru bildiyi yoldan dönməyəcək.
Metbuat.az
Follow @7timesaz