Dünya

Çində qadınsayağı davranan kişi aparıcılara efir qadağası qoyuldu

Çində qadınsayağı davranan kişi aparıcılara efir qadağası qoyuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində qadınsayağı davranışları olan kişi aparıcıların efirə çıxması qadağan olunub.

7times.az Musavat.com-a istinadən bildirir ki, Çin hökuməti televiziyada “əxlaqsız üslublu”, “siyasi cəhətdən yanlış və əxlaqsız davranışları” qadağan edən qərar qəbul edib.

Səbəb bu cür davranışların gənclərə pis nümunə olması ilə bağlıdır. Hökumət televiziyada cəmiyyət və gənclər üçün pis nümunə məzmunlu proqramların da qadağan olunacağını açıqlayıb. Hökumət televiziya proqramlarında “Televiziyalarda ənənəvi Çin mədəniyyəti, inqilabi mədəniyyət və qabaqcıl sosialist mədəniyyət təbliğ edilsin”, -deyə hökumət televiziyalara tövsiyə edib.

Qeyd edək ki, Çin hökuməti son vaxtlar gənclər və yeniyetmələrin tərbiyəsi, inkişafı yönündə bir sıra addımlar atmaqdadır. Məsələn, bir neçə gün bundan əvvəl çıxan qərara əsasən 18 yaşından aşağı olanlar yalnız həftə sonları internetdə 3 saat müddətində internet oyunları oynaya biləcək.