Ölkə

Azərbaycanda dəhşətli hadisə – körpə bacı-qardaş naməlum səbəbdən öldü

Azərbaycanda dəhşətli hadisə – körpə bacı-qardaş naməlum səbəbdən öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum səbəbdən ölüb.

7Times.az  bildirir ki, report-un məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri – 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. Bir qədər sonra N.Quliyev da xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.