Xaçmaz rayonunun Nərəcan kəndində Vətən müharibəsi şəhidi Qürbət Tarverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.
7times.az xəbər verir ki, bu məqsədlə keçirilən mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, kənd sakinləri və KİV nümayəndələri iştirak edib. Çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbədən, bu qələbədə pay sahibi olan Qürbət Tarıverdiyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Daha sonra Nərəcan kənd qəbristanlığında şəhidin məzarı ziyarət olunaraq xatirəsi anılıb, ruhuna dualar oxunub.
Qeyd eldək ki, Tarverdiyev Qürbət Rasim oğlu 21 may 1998-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində doğulub.
O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Tarverdiyev Qürbət kəşfiyyatçı kimi müharibənin ilk günlərindən silaha sarılaraq Xocavənd və Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib.
Döyüş yoldaşlarının bildirdiyinə görə, Qürbət Tarverdiyev oktyabrın 5-də Füzulinin Qorqan kəndi uğrunda gedən döyüşlər zamanı yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
O, 8 oktyabr 2020-ci ildə doğulub boya-başa çatladığı Xaçmaz rayonunun Nərəcan kənd qəbristanlığında dəfn olunub. Subay və ailənin tək oğul övladı idi.
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qürbət Tarverdiyev (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Müşfiq Qərib
Follow @7timesaz