Türkiyənin Ordu şəhərində keçirilən bir matç böyük qalmaqala səbəb olub.
7times.az xəbər verir ki, yeni stadionun açılış günündə keçirilən “Orduspor 1967” – “Kırıkkale Böyük Anadoluspor” qarşılaşması zamanı bir nəfər Quranın səhifələrini kəsib konfet şəkilində stadiona atıb. Bəzi vətəndaşlar kağızları açıb vəziyyəti gördükdən sonra polisə məlmat verib. Polis dərhal olaya müdaxilə edib, kağız parçaları meydandan toplanıb.
Ordu Valiliyi hadisə ilə bağlı açıqlama yayıb:
“Yeni Ordu stadionumuzda oynanılan 23 oktyabr tarixində “Orduspor 1967” “Kırıkkale Böyük Anadoluspor” matçının 52-ci dəqiqəsində meydana atılan konfet və kağızlar arasında Qurandan ayələrin yazılması və Türkiyə bayrağının görülməsindən sonra polis idarəsi tərəfindən təhqitaq başlayıb. Məlum olub ki, Ş.Ö. ad-soyadlı “Forza Fidangör” azarkeş qrupunun lideri şagirdlərdən istifadə etmədikləri dərs kitablarını gətirmələrini istəyib. Şagirdlər bu kitabarı gətirərək C.D. və Ü.T. ad-soyadlı şəxslərə təhvil veriblər. Bu iki şəxs isə onları B.M. ad-soyadlı şəxsə verib. Daha sonra kitablar iki ayrı kəsilərək konfet halına salınıb. Adıçəkilən 4 nəfər saxlanılıb, hüquqi prosedurlar yerinə yetirilir”.
Fanat.az
Follow @7timesaz