Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev və rayon polis şöbəsinin rəisi Muradəli Babayev də gəlib.
Tural Hüseynli