“Mahirin içki ilə olan şəkli yayılmanıb. Oğlum olan məkanda masada içki var. Əlində deyil. Mahir içki içmir ümumiyyətlə. Bu, o demək deyil ki, oğlum olan yerlərdə içki içilmir”.
7times.az xəbər verir ki, bu sözləri Offsideplus.az-a açıqlamasında Elnurə Emreli deyib. Mahir Emrelinin anası oğlunun masasında içki olmasına münasibət bildirib.
Elnurə xanım bu məsələyə görə futbolçunun hesabat verməli olmadığını qeyd edib:
“Mahir Avropanın mərkəzində yaşayır. Dostu, tanışı var. Onlardan kimsə içə bilər. Burda narahat olacaq nəsə yoxdur. Mahir inancına görə heç vaxt içki içməyib və içmir. Anlamıram ki, bunun nəyini şişirdirlər. Buna görə nə üçün hesabat verməlidir ki, oğlum? Polşada da futbol jurnalistləri var. Onlar da tez-tez soruşurlar. Amma anlamıram ki, niyə?
Follow @7timesaz