Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.
7times.az xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.
Onun növbəti raunddakı rəqibi kubalı Luis Kordoba olacaq.
Follow @7timesaz