Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.
7times.az xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub.
Keçirilən səsvermədən sonra layihə qəbul edilib.
Qeyd edək ki, petisiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilib. Qanun layihəsində Azərbaycana göstərilən dəstək vurğulanaraq Türkiyənin regionda sülh və sabitliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslər göstərdiyi qeyd edilib.
Xatırladaq ki, Qarabağ Zəfərindən sonra imzalanan üçtərəfli bəyanata əsasən türk əsgəri Qarabağda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmətə başlayıb.
Follow @7timesaz