Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifədən azad edilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prezident Armen Sarkisyan sərəncam imzalayıb.
Eyni zamanda bu vəzifəyə baş nazirin müavini Suren Papikyan təyin olunub.
Qeyd edək ki, A.Karapetyan avqustun əvvəlində müdafiə naziri təyin olunmuşdu.
Follow @7timesaz