Valideynlərinin istəmədiyi qızla evləndi: Yuxu dərmanı içirib yandırdılar

Valideynlərinin istəmədiyi qızla evləndi: Yuxu dərmanı içirib yandırdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruanda sakini yanlış qızla evləndiyi üçün öz ailəsi tərəfindən az qala diri-diri yandırılacaqdı.

7times.az xarici mediaya istinadla bildirir ki, valideynlər evliliyə xeyir-dua verməyiblər, oğullarının onlara qulaq asmamasından qəzəbləniblər.

Məlumata görə, Muqabaridjira Jan Klodun valideynləri onu əvvəllər görmədiyi bir qızla evləndirməyə çalışıblar. Oğul isə nikaha girməkdən imtina edərək başqa qızı seçib.

Afrikalının xatırladığı kimi, bundan sonra ana və atası onun yeməyinə yuxu dərmanı qarışdırıblar. Kişi yuxuya gedəndə üstünə benzin tökərək yandırıblar. Qonşular qışqırıq səsinə qaçaraq gəlib Jan Klodu xəstəxanaya aparıblar.

Muqabaridjira 22 gün komada olsa da, sağ qalıb. Hadisəyə baxmayaraq, sevgilisi onu tərk etməyib, ayağa qalxmasına kömək edib. Üç uşağı olan cütlük ailə başçısının həyatı üçün təhlükə olduğundan başqa şəhərə köçməyi planlaşdırır.

Hazırda yerli polis əməkdaşlarının işi araşdırıb-araşdırmaması və Jan Klodun valideynlərinə qarşı hər hansı ittihamın irəli sürülüb-sürülmədiyi məlum deyil. (Lent.az)

Valideynlərinin istəmədiyi qızla evləndi: Yuxu dərmanı içirib yandırdılar