İdman

Tanınmış neyrocərrah: “Şumaxerin əməliyyatı gecikdirilib”

Tanınmış neyrocərrah: “Şumaxerin əməliyyatı gecikdirilib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Sürix şəhərindən olan tanımış neyrocərrah, professor Erix Riderer “Formula-1”in sabiq pilotu Mixail Şumaxerin durumu barədə bədbin proqnoz verib.

“RMC Sport” xəbər verir ki, neyrocərrah bu barədə fikirlərini yeddi qat dünya çempionunun başına gələn hadisə ilə bağlı çəkilən yeni sənədli filmdə səsləndirib.

Sənədli film “Mixail Şumaxer: Həqiqət Axtarışı” adlanır.

“Düşünürəm ki, Mixael vegetativ vəziyyətdədir, yəni oyaqdır, amma cavab vermir. O, nəfəs alır, ürəyi döyünür, yəqin otura və digər şəxsin köməyi ilə kiçik addımlar da ata bilər, ancaq bundan artığına ümid yoxdur. Onu qəzadan əvvəl olduğu kimi görmək şansımız varmı? Mən düşünmürəm ki, yoxdur”, – deyə neyrocərrah bildirib.

E.Riderer etiraf edib ki, M.Şumaxerin qəzadan sonra əməliyyatı gecikdirilib.

Neyrocərrah hesab edir ki, almaniyalı pilotun məşhurluğu həkimlərin əməliyyat barədə qərar verməsinə mane olub və M.Şumaxer yalnız iki saat sonra əməliyyata qaldırılıb.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb və bu hadisədən sonra iflic olub.

Oxu.az