Bir neçə gün əvvəl Qax rayonu Oncallı kəndində baş verən yanğınla bağlı maraqlı məlumat yayılıb.
7times.az Metbuat.az-a istinadən xəbər verir ki, yanan evin söküntüsündən sonra ortaya çıxanlar hər kəsi dəhşətə gətirib. Belə ki, dekabrın 10-da sözügedən ev sökülüb və evin altından çoxlu ilanlar çıxıb.
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, ilanların sayı o qədər çox olub ki, sanki yerdən ilan “qaynayıb”.
Qeyd edək ki, dekabrın 7-də Qax rayonunun Oncallı kəndində ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb.