Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.
7times.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Follow @7timesaz