Dünya

İran prezidenti ABŞ-ı hədələdi: “Qolubağlı oturmayacağıq“

İran prezidenti ABŞ-ı hədələdi: “Qolubağlı oturmayacağıq“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Ştatlar bizə qarşı sanksiyaları aradan qaldırsa, ABŞ-la anlaşma mümkündür”.

7times.az “Sözcü”yə istinadla xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi deyib. İrandakı səfirliklərin nümayəndələri ilə görüşdə Rəisi bildirib ki, Tehran ABŞ-ın İrana qarşı addımlarına göz yummayacaq:

“Birləşmiş Ştatların bizi hədəf alan addımlarına qarşı qolubağlı oturmaq, hadisələri seyr etmək fikrimiz yoxdur. Bizim də sərt cavab vermək seçimlərimiz var. Özü də bu seçimlərin sayı çoxdur. Biz nüvə məsələsində ABŞ-la razılığa gəlməyə hazırıq. İki səhifəlik təklifimizi irəli sürdük. Bununla da nə qədər ciddi olduğumuzu göstərdik”. (modern.az)