Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
7times.az xəbər verir ki, bu dəfə “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.
Oyunun 10-cu dəqiqəsində Kvabena Ovusu (“Qarabağ”) fərqlənməyi bacarıb. Cəmi 2 dəqiqə sonra “Neftçi”nin heyətində Voyislav Stankoviç hesabı bərabərləşdirib – 1:1.
Oyunun 68-сi dəqiqəsində Namiq Ələsgərov “Neftçi”yə qələbə qazandıran qolu vurub: 1:2.
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. 4 xalı olan “Qarabağ” isə 5-ci sıraya geriləyib.