Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Növbətçi cərrah Ramiz Kərimov “Report”a bildirib ki, onlardan altı nəfəri hospitilizasiya edilib.
Onun sözlərinə görə, ağır kəllə-beyin travması alan 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu və qapalı kəllə beyin travması, baş beyin əzilməsi diaqnozları ilə Əliyeva Samirə Nüsrət qızı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.
“Uşağın vəziyyəti ağırdır. Üç nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. Digər dörd nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.
23:54
Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
Yaralıların siyahısı:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
23:37
Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.
Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.
“Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var”, – Mərkəz rəsmisi qeyd edib.//oxu.az
Follow @7timesaz