“Rusiya Çinin inkişafının, eləcə də dünya, o cümlədən Avropadakı qlobal proseslərə müdaxiləsini əngəlləyə bilmir. Pekinin “Bir kəməl-bir yol” layihəsinin qarşısının Rusiya tərəfindən Qazaxıstan və Orta Asiyada alınması cəhdi uğursuzluğa düçar oldu…”
“Mən Amerika analitiklərinin layihə-proqnozlarına baxmışam: Rusiyanın parçalanması nəticəsində 6 türk dövləti yaradılacaq. Bura hələ Çeçenistan, İnquşetiya, Dağıstanı və s. daxil etmirlər. Qaraçay-Çərkəz, Kalmıkiya, Başqırdıstan, Tatarıstan, Saxa (Yakutiya) və Altay. Bunlardan ən böyüyü Saxadır ki, ərazisi təxminən Çin boydadır…”
Bu proqnozu Moderator.az-a açıqlamasında “Bəzi analitiklər belə fikir irəli sürür ki, Rusiyanın parçalanması Qərbə və elə türk, müsəlman dünyasına da sərf etmir. Ona görə ki, bu ölkə guya Çinin Avropaya və türk dünyasına gələcək ekspansiyasının qarşısını alır. Bu fikrə münasibətiniz?” sualına cavabında politoloq Cümşüd Nuriyev verib.
“Əvvəla, Rusiya Çinin inkişafının, eləcə də dünya, o cümlədən Avropadakı qlobal proseslərə müdaxiləsini əngəlləyə bilmir. Pekinin “Bir kəməl-bir yol” layihəsinin qarşısının Rusiya tərəfindən Qazaxıstan və Orta Asiyada alınması cəhdi uğursuzluğa düçar oldu. Belə ki, Putini qoşunlarını Qazaxıstandan çıxarmağa məhz Çin və Türkiyə məcbur etdi. İş ondadır ki, Rusiyanın Sibir torpaqları Çinə o qədər də lazım deyil, çünki çinlilər orada yaşaya bilməz. Digər tərəfdən, Avropa Rusiyanın parçalanmasını istəməsə də, Britaniya və ABŞ istəyir. Və anqlosakslar nə zaman nəyi istəyiblərsə, ona nail olublar. Bu parçalanma əslində bizə, türklərə də sərf edir. Turanın qurulmasına ən böyük maneçilik göstərən məhz elə Rusiyadır. Vaxtilə Turan da olub, İran da olub və Çin üçün ciddi problem yaratmayıb. Çin bunu çox gözəl bilir. Bu, Rusiyanın təbliğ etdiyi ideyadır ki, Qərb bizim ölkəni parçalamaq istəmir, çünki Çinin təcavüzünün qarşısını ala bilməyəcək. Əslində, ABŞ bunu istəyir. Mən Amerika analitiklərinin layihə-proqnozlarına baxmışam: Rusiyanın parçalanması nəticəsində 6 türk dövləti yaradılacaq. Bura hələ Çeçenistan, İnquşetiya, Dağıstanı daxil etmirlər. Qaraçay-Çərkəz, Kalmıkiya, Başqırdıstan, Tatarıstan, Saxa (Yakutiya) və Altay. Bunlardan ən böyüyü Saxadır ki, ərazisi təxminən Çin boydadır…
Əslində, planetin 1/6-ni tutan Rusiya dünyanın inkişafı qarşısında bir əngəldir. Nə dövlətçilik ənənəsi normaldır, nə hazırkı siyasi fəaliyyəti, nə də yaşayış sistemi”- deyə siyasi şərhçi vurğulayıb.
Follow @7timesaz