Hazırda Vladimir Putinlə Vaşinqtonda elan edilən mümkün görüşə hazırlıq gedir.
“7Times.az” xəbə verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stjore ilə birgə mətbuat konfransında deyib.
“Bizim bir sıra görüşlərimiz olub və bu gün bu mövzunun davamı olaraq, Rusiya tərəfi ilə gələcək görüşlərin mümkünlüyü ilə bağlı hazırlıqların işlənib hazırlanması məqsədilə Kelloq (Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq) ilə görüş olacaq. Həftənin sonunda Ukrayna və Amerika komandaları arasında görüş olacaq”, – Zelenski qeyd edib.
Onun sözlərinə görə, həftə ərzində Ukraynanın müttəfiqləri arasında bir sıra görüşlər keçiriləcək. Bu gün Ukrayna hərbi rəhbərliyi tərəfdaşları ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları davam etdirir: “Bizim təhlükəsizlik zəmanətləri üçün əsas planımız olacaq. Hesab edirəm ki, təfərrüatlar üçün daha çox vaxt lazım olacaq. Və bundan sonra biz rusların Amerikanın təklif etdiyi, Ukraynanın Avropa liderlərinin iştirakı ilə dəstəklədiyi konfiqurasiyaya hazır olub-olmadığını anlamaq istəyirik – ikitərəfli, sonra üçtərəfli görüş üçün”.
“AzPolitika.info”
Follow @7timesaz