Qanunsuz olaraq döyüş sursatı gəzdirdiməkdə təqsirləndirilən, bloger Tural Sadıqlının əmisi Elmir Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
7Times.az xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Vəkil Nazim Musayev vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.
Vəsatət təmin edilməyib.
Məhkəmənin qərarı ilə cinayət işi baxışa verilib və baxış iclası sentyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, Elmir Sadıqov aprel ayında saxlanılıb. İttihama görə, onun maşınından əl qumbarası tapılıb. E. Sadıqova Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb. İlkin istintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.
APA
Follow @7timesaz