“Səbail” və “Sabah” komandaları arasındakı Azərbaycan Premyer Liqasının IV tur matçından sonra insident baş verib.
“Report”un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevlə qonaqların yarımmüdafiəçisi Coşqun Diniyevin sözü çəp gəlib. Diniyevin Hacıyevin üzərinə yeriməsinə digər futbolçular imkan verməyiblər.
Qeyd edək ki, görüş “Səbail”in qələbəsi ilə yekunlaşıb – 2:1.
Follow @7timesaz