Bakıda şagird müəllimi döyüb.
Lent.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov facebookda paylaşım edib.
Onun sözlərinə görə, hadisə 130 saylı orta məktəbdə baş verib:
“Nardaran qəsəbəsi 130 saylı məktəbdə şagirdi müəllimini döyüb. Belə ki, aprelin 1-də 16 yaşlı yeniyetmə (M.K) 37 yaşlı müəllimi (A.M) döyərək, ona xəsarət yetirib”.
Bakı Şəhər Təhsil İdarəsi faktla bağlı araşdırma apardığını açıqlayıb.
Follow @7timesaz