Azərbaycanın Gəncə şəhərində bədbəxt hadisə baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Atatürk prospektində yol kənarı ilə hərəkət edən 1974-cü il təvəllüdlü Əkbərov Vüsal adlı piyada avtomobil tərəfindən vurulub.
Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.